AZ

Almaniya aviaşirkəti İran və İraq üzərindən uçuşları dayandırır

BAKI, 15 yanvar. TELEQRAF

Almaniyanın "Lufthansa Group" konserninə daxil olan aviaşirkətlər növbəti xəbərdarlığa qədər İran və İraqın hava məkanından istifadə etməyəcəklər.

Teleqraf xəbər verir ki, bu barədə şirkətin nümayəndəsi "DPA" agentliyinə bildirib.

Məlumata görə, "Lufthansa" Yaxın Şərqdə uçuşlarını məhdudlaşdırıb. Yanvarın 15-dən 19-dək aviaşirkət Təl-Əviv və Amman istiqamətində reysləri yalnız gündüz saatlarında həyata keçirəcək. Bu isə ekipajların gecələmədən dərhal geri qayıtması deməkdir. Şirkət bəzi reyslərin ləğv oluna biləcəyini də istisna etməyib.

Eyni zamanda bildirilib ki, "Lufthansa Group"a daxil olan bütün aviaşirkətlər növbəti bildirişə qədər İran və İraqın hava məkanından istifadə etməyəcək. Bu qərardan təsirlənən sərnişinlərin biletləri daha sonrakı tarixlərə dəyişdiriləcək.

Seçilən
60
teleqraf.com

1Mənbələr