BAKI, 15 yanvar. TELEQRAF
İran hakimiyyəti İraqla sərhədə bitişik bölgədə hava məkanını müvəqqəti olaraq bağlayıb.
Teleqraf xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Məlumata görə, qərar İraqdan İran istiqamətində həyata keçirilən uçuşlara şamil olunur. Bildirilir ki, İran tərəfi təhlükəsizlik səbəblərini əsas gətirərək bu istiqamətdə hava hərəkətini dayandırıb.