AZ

Mərakeş penaltilərdə Nigeriyanı məğlub edərək Afrika Millətlər Kubokunun finalına yüksəldi

Afrika Millətlər Kubokunun yarımfinal mərhələsində Nigeriya və turnirin ev sahibi Mərakeş milli komandaları üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, matç Rabatda yerləşən “Şahzadə Moulay Abdellah” stadionunda baş tutub. Qarşılaşmanın əsas və əlavə vaxtında hesab açılmayıb — 0:0. Qalib penaltilər seriyasında müəyyənləşib və daha dəqiq olan tərəf Mərakeş yığması olub — 4:2. Həlledici penaltini mərakeşli hücumçu Yusif Ən-Nəsiri dəqiq yerinə yetirib.

Beləliklə, Mərakeş millisi finala vəsiqə qazanıb. Turnirin həlledici oyununda komanda digər yarımfinalda Misiri minimal hesabla (1:0) məğlub etmiş Seneqal yığması ilə qarşılaşacaq. Bürünc medal uğrunda görüş yanvarın 17-də, final oyunu isə bir gün sonra — 18 yanvarda keçiriləcək.

Qeyd edək ki, Afrika Millətlər Kubokunun hazırkı qalibi 2023-cü il turnirinin finalında Nigeriyanı 2:1 hesabı ilə məğlub etmiş Kot-d’İvuar milli komandasıdır.

Seçilən
44
90deqiqe.az

1Mənbələr