AZ

Azərbaycanlı qadın beynəlxalq təyinat aldı - Serbiya və Danimarka komandalarının oyununa

Azərbaycanlı hakim Kəmalə Əsgərova Avropa Voleybol Konfederasiyasından təyinat alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

O, qadın voleybolçular arasında keçirilən Çelenc Kubokunun 1/8 final mərhələsində Serbiyanın "Srvena Zvezda" və Danimarkanın "Holte IF" komandaları arasında baş tutacaq qarşılaşmada ikinci hakim olacaq.

Matçın baş hakimi vəzifəsini xorvatiyalı Ana Stipaniçev yerinə yetirəcək.

Oyun yanvarın 15-də Serbiyada keçiriləcək.

Seçilən
72
sportinfo.az

1Mənbələr