AZ

Qetji mütləq çempion titulu uğrunda Topuriya ilə döyüşmək istəmədiyini etiraf edib

Keçmiş UFC müvəqqəti yüngül çəki çempionu Castin Qetji növbəti rəqibinin məğlubedilməz 28 yaşlı UFC yüngül çəki titulunun sahibi, ispan-gürcü İliya Topuriya olmayacağını deyib.

İdman.Biz-in məlumatına görə, Qetji eyni zamanda həmyerlisi Maks Hollovey və braziliyalı Çarlz Oliveyra arasında keçirilən BMF titul döyüşündə kimin qalib olacağı barədə düşüncəsini də bölüşüb.

“Bu, mənim çox xoşuma gəlir. Ümid edirəm ki, Maks Hollouey qalib gələcək, İliya çəkidə irəliləyəcək və o zaman mən Ağ Evdə Hollovey ilə döyüşə, BMF kəmərini və UFC mütləq çempionu titulunu qazana bilərəm” – Qetji “Bloody Elbow” portalında bildirib.

İdman.Biz
Seçilən
182
1
idman.biz

2Mənbələr