AZ

Xəzərdə İrana məxsus gəmi qəzaya uğrayıb

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Xəzərdə İran bayrağı altında üzən yük gəmisi qəzaya uğrayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkmənistan XİN məlumat yayıb.

Məlumatda dünən gəmidən SOS siqnalı alındığı və hadisə yerinə xilasedicilərin göndərildiyi bildirilir. Vaxtında kömək sayəsində gəmidə olan 14 nəfər xilas edilib. Onlar İran və Hindistan vətəndaşları olub.

Qeyd edək ki, su nəqliyyatının kursu, yükü və qəzanın səbəbləri barədə məlumat verilmir. Həmçinin, gəminin taleyi də hələlik bəlli deyil.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
117
525.az

1Mənbələr