AZ

Putin 34 səfirin etimadnaməsini qəbul edəcək

ain.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya Prezidenti Vladimir Putin bu gün 34 yeni xarici ölkə səfirinin etimadnaməsini qəbul edəcək.Newscenter.az TASS-a istinadən bildirir ki, mərasim ənənəvi olaraq Böyük Kreml Sarayının Aleksandr zalında keçiriləcək.Əvvəlcə Putin Avropa ölkələrindən yeni gələn 10 səfirin sənədlərini qəbul edəcək. Kremlin mətbuat xidmətinin məlumatına görə, onların arasında Slovakiyanın səfiri Peter Priputen, Sloveniyadan Alenka Suhadolnik, Fransadan Nikolas Lui Mari Olivier de Rivière, Çexiyadan Daniel Koštoval, Portuqaliyanın yeni səfiri Sara Feronha Martins, Norveçdən Heidi Olufsen, İsveçdən Anna Kristina Tereza Yohannesson, İsveçrədən Yurq Stefan Burri, İtaliyadan Stefano Beltrame və Avstriyanın Gerhard Seiller var.Bundan başqa Kreml rəhbəri Braziliya, Kolumbiya, Kuba, Peru, Uruqvay, Somali, Qabon, Şri Lanka, Seneqal, İraq, Livan, Səudiyyə Ərəbistanı, Pakistan və İsrail səfirlərinin də etimadnamələrini qəbul edəcək.Anar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
newscenter.az

2Mənbələr