AZ

Diqqət! Raket təhlükəsi! Rusiyada panika yarandı

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiyanın Bryansk vilayətində raket təhlükəsi elan edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Boqomaz özünün Teleqram kanalında məlumat yayıb.

“Diqqət! Bryansk bölgəsində raket təhlükəsi! Xəbərdarlıq sistemi işə salınıb”, – deyə qubernatorun açıqlamasında bildirilib.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Rostov vilayətində yerləşən Taqanroq şəhərinə hücum etməyə cəhd göstərdiyi barədə məlumat yayılıb. Yerli sakinlərin sözlərinə görə, şəhər səmasında saat 22:50 radələrində 3–4 güclü partlayış səsi eşidilib.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
119
globalinfo.az

1Mənbələr