AZ

Dünyaya asteroidin çırpılacağı barədə xəbərlər yayıldı

İnternetdə yaxında Yerə 10 metrlik "CE2XZW2" asteroidinin çırpılacağı ilə bağlı xəbərlər yayılıb.

Publika.az xəbər verir ki, alimlər bu xəbərləri təkzib ediblər.

Rusiya Elmlər Akademiyasının Günəş Astronomiyası Laboratoriyasının "Telegram" kanalında bildirilib ki, bu barədə yayılan məlumatlar etibarsızdır.

"Elmi faktlara əsaslanmayan, yalançı sensasion xəbərlər dərc edən insanların olmasına yalnız təəssüf etmək olar", - deyə qeyd edilib.

Qeyd edək ki, həmin asteroid 14 yanvarda kəşf edilib.

Seçilən
161
publika.az

1Mənbələr