Vaxtından əvvəl partlayan fişşəng alman televiziya aparıcısını kor edib.
Publika.az "Daily Mirror" qəzetinə istinadən xəbər verir ki, Alman televiziya kanalında "Astro Royal" verilişinin aparıcısı, 55 yaşlı Andrea Pleviq Yeni ildə uşaqlarını sevindirmək üçün fişəng alıb. O, təlimatlara əməl etsə də, fişəng vaxtından əvvəl partlayıb.
Aparıcı təcili yardımla xəstəxanaya aparılıb. Lakin həkimlər onun sol gözünü amputasiya etməli olublar.
Pleviq indi atəşfəşanlığın tamamilə qadağan edilməsini müdafiə edir, çünki onların istifadəsi "təkcə insanlar üçün deyil, həm də təbiət və heyvanlar üçün gözlənilməz nəticələrə" səbəb ola bilir.