AZ

Sumqayıtda 48 yaşlı şəxs dəm qazından ölüb

SUMQAYIT, 15 yanvar. TELEQRAF

Sumqayıt şəhərində dəm qazından zəhərlənmə ilə nəticələnən ölüm hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin 18-ci mikrorayon ərazisində qeydə alınıb.

1978-ci il təvəllüdlü Abdulzadə Vəfadar Tapdıq oğlu yaşadığı mənzilin hamam otağında dəm qazından zəhərlənərək həyatını itirib.

İlkin məlumata əsasən, hadisə qaz sızması nəticəsində baş verib.

Faktla bağlı müvafiq qurumlara məlumat verilib, əraziyə polis və aidiyyəti xidmətlərin əməkdaşları cəlb olunub.

Hazırda fakt üzrə araşdırma aparılır. Ölümün dəqiq səbəbləri ekspertiza rəyindən sonra məlum olacaq.

Seçilən
57
teleqraf.com

1Mənbələr