AZ

Ukrayna qaz idxalını artırıb

ain.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.

Ukrayna soyuq hava şəraiti səbəbindən və müharibə şəraitində olan ölkə kimi elektrik enerjisi istehsalının azalması fonunda Polşa ilə Slovakiyadan qaz idxalını təxminən 20 faiz artırmalı olub. Artıq Ukraynada idxalın həcmi sutkada 24 mln kubmetrədən 30 mln kubmetrə yüksəlib.

Reyting.az Ukrayna mətbuatına istinadla bildirir ki, Energetika nazirinin müavini Nikolay Kolesnikin sözlərinə görə, qaz ölkə üzrə bütün mövcud marşrutlar üzrə idxal olunur. Burada ən əsas məqsəd tədarükləri şaxələndirmək, riskləri minimum azaltmaqdır.

Ukrayna dövləti üçün önəmli bir məsələdən söz açan Kolesnik deyib ki, idxalın indiki ritmi cari tələbatı ödəməyə və daxili hasilatdakı itkiləri tam kompensasiya etməyə imkan verir.

Oqtay QORÇU

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
reyting.az

1Mənbələr