AZ

Füzuli şəhərində 100 ə yaxın uşağın təhsil aldığı yaradıcılıq mərkəzindən REPORTAJ

Baku.ws saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Füzuli şəhərində fəaliyyət göstərən Kurmanqazı Yaradıcılıq Mərkəzində hazırda 100-ə yaxın uşaq səkkiz ixtisas üzrə təhsil alır.

Mərkəzin yaxın dönəm üçün əsas hədəfi şagirdlərin əsərlərinin beynəlxalq arenalarda təmsil olunmasını təmin etməkdir.

Görülən işlər və gələcək perspektivlər barədə danışan Horadiz şəhər Mədəniyyət Evinin direktoru Ağabala Abdullayev deyib:

"Böyük Qayıdışdan sonra Füzuli şəhərində, xüsusilə də Kurmanqazı adına Yaradıcılıq Mərkəzində çox böyük işlər görülüb. Burada yaşayan kiçik balalarımızın milli-mədəni ruhunun yüksəlməsi məqsədilə çalışırıq ki, incəsənət adamı olaraq əlimizdən gələni əsirgəməyək. İstəyirik ki, gələcəkdə də Qarabağ torpağından yetişən gənclərimiz vaxtilə Üzeyir bəy kimi, Xan Şuşinski kimi möhtəşəm ifaçılarımızın davamçıları olsunlar".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
baku.ws

1Mənbələr