Sağlam olmaq üçün şirniyyatdan tamamilə imtina etməyə ehtiyac yoxdur.
Redaktor.az xəbər verir ki, bu haqda dietoloq Daun Menning "The Guardian" nəşrinə verdiyi müsahibədə bildirib.
Menning qeyd edib ki, rasionda şəkərin miqdarının azaldılması həqiqətən də sağlamlıq üçün faydalıdır. Onun sözlərinə görə, qlükoza mədəaltı vəzə əlavə yük yaradır, artıq yağların toplanmasına səbəb olur və ürək-damar sisteminə mənfi təsir göstərir.
Mütəxəssis vurğulayıb ki, fruktoza da tam zərərsiz deyil. Belə ki, bu maddə asanlıqla yağa çevrilərək orqanizmdə toplanır və qaraciyərə əlavə yük salır. Buna görə də dietoloq şəkərin tam kəsilməsindən çox, onun balanslı və nəzarətli şəkildə qəbul edilməsini tövsiyə edir.
Aytəkin TOFİQQIZI