AZ

İranda indiyədək 2,6 min nəfər ölüb, 18,5 min nəfər saxlanılıb HRANA

ain.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.

İranda ümumölkə etirazlarının on səkkizinci günü geridə qalıb.

Yeniavaz.com xəbər verir ki, İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) indiyədək ölkənin 187 şəhərində 617 etiraz aksiyasının baş tutması barədə məlumat yayıb.

Bildirilir ki, etiraz aksiyaları başlayandan indiyədək 18 min 470 nəfər həbs olunub və 2 min 615 nəfərin ölümü təsdiqlənib.

Agentliyin məlumatına görə, ölkə ərazisində hələ də internet əlaqəsi bərpa edilməyib və bu da sahə hesabatlarını almaq və yoxlamaq imkanını ciddi şəkildə məhdudlaşdırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
94
yeniavaz.com

1Mənbələr