AZ

Tramp Venesuelanın müvəqqəti prezidenti Rodrigesin ABŞ yə səfər etməsinə icazə verdi

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges gələcəkdə ABŞ-yə səfər etmək niyyətindədir".

Oxu.Az-ın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bunu "Reuters" agentliyinə verdiyi müsahibədə bildirib və qeyd edib ki, o da öz növbəsində Venesuelaya səfər etməyi planlaşdırır.

"İnanıram ki, o, nə vaxtsa ABŞ-yə gələcək və mən də onların ölkəsinə gedəcəyəm", - deyə o bildirib və əlavə edib ki, Rodrigeslə işgüzar münasibətlər qurmaq çox yaxşıdır.

Ağ Ev rəhbəri bu planların qısamüddətli olmadığını açıq şəkildə bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
86
1
oxu.az

2Mənbələr