Bakı.Trend:
Balakəndə qəza olub, yolu keçən piyadanı maşın vurub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki,hadisə yanvarın 9-da baş verib.
Belə ki, Sadiq Balagözov idarə etdiyi “VAZ-2115” markalıavtomobillə Balakən rayonunun Qazma kəndindən şəhər istiqamətindəhərəkətdə olarkən yolu keçən piyada, 64 yaşlı Cəərey Əliyevanıvurub.
Piyada aldığı xəsarətlərdən dünən xəstəxanada vəfat edib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.