AZ

Ukraynanın yeni müdafiə naziri kimdir?

Ukrayna mediasının Ali Radanın 14 yanvar tarixli iclasının yayımına istinadən verdiyi məlumata görə, parlament Baş nazirin birinci müavini və rəqəmsal transformasiya naziri Mixaylo Fedorovun ölkənin yeni müdafiə naziri təyin edilməsini dəstəkləyib.

Vətəninfo.az xəbər verir ki, qərarın lehinə 277 deputat səs verib. “Batkivşina” və “Qolos” partiyalarından bəzi deputatlar, eləcə də “Xalqın Xidmətçisi” fraksiyasından 17 deputat səsvermədə bitərəf qalıb və ya ümumiyyətlə səs verməyib.
Təyinatdan sonra parlament kürsüsündən çıxış edən Mixaylo Fedorov bildirib ki, Ukraynanın təhlükəsizliyinin əsas qarantı onun müdafiə qüvvələridir. O, ölkənin müdafiə qüvvələrinin effektiv fəaliyyətinə mane olan bir sıra problemlərin mövcudluğunu etiraf edib.
Fedorov vurğulayıb ki, köhnə təşkilati strukturla müasir texnologiyalar əsasında müharibə aparmaq mümkün deyil və hərtərəfli dəyişikliklərə ehtiyac var. Onun sözlərinə görə, əsas məqsəd sistemli islahatların həyata keçirilməsidir: orduda islahatlar aparmaq, cəbhə infrastrukturunu təkmilləşdirmək, korrupsiyanı aradan qaldırmaq, liderlik və etibarı yeni idarəetmə mədəniyyəti kimi formalaşdırmaq.
Yeni müdafiə naziri yaxın gələcəkdə hərbi personalın maliyyə və sosial təminatını yaxşılaşdırmaq üçün əlavə imkanların tapılması məqsədilə Ukrayna Müdafiə Nazirliyi və Silahlı Qüvvələrində dərin audit aparmağı planlaşdırdığını da açıqlayıb.

Seçilən
28
veteninfo.az

1Mənbələr