AZ

İran hava məkanını açıb

İran hava məkanı uçuşlar üçün yenidən açılıb.

Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, İranın dünən gecə verdiyi NOTAM çərçivəsində tətbiq etdiyi və Bakı vaxtı ilə saat 07:30-a qədər qüvvədə olan uçuş məhdudiyyətləri göstərilən müddət bitdiyindən aradan qaldırılıb.

Hava məkanının yenidən açılmasından sonra Tehranın uçuş məlumat sistemində tədricən normallaşma baş verib və İran hava məkanından istifadə etməklə beynəlxalq və regional uçuşların bərpa olunduğu müşahidə olunub.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
28
missiya.az

1Mənbələr