AZ

Makron Fransanın Qrenlandiyaya qoşun göndərdiyini bildirib

İlk Fransız bölmələri artıq təlim ərazisinə yola düşüb.

QHT.az xəbər verir ki, Fransa Danimarkanın xahişi ilə Qrenlandiyada keçirilən “Arktika Dözümlülüyü Əməliyyatı” adlı birgə hərbi təlimlərdə iştirak edəcək. Bu barədə Fransa Prezidenti Emmanuel Makron sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, ilk Fransa bölmələri artıq təlim ərazisinə yola düşüb, əlavə kontingentlər isə sonradan göndəriləcək.

Qeyd edək ki, daha əvvəl İsveç də Danimarkanın çağırışı ilə Qrenlandiyaya qoşun göndərmişdi. Təlimlər ABŞ-ın adanı ilhaq etmək təhdidləri fonunda Qrenlandiyada təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi daşıyır. Danimarka ordusu və müttəfiqləri adanın böyük hərbi qüvvələri qəbul etməyə hazır olması üçün logistika və infrastruktur üzərində işləyir.

Seçilən
44
qht.az

1Mənbələr