AZ

Xidmət keyfiyyəti göstəricilərində müsbət nəticələr müşahidə olunur

Bakı. Trend:

AZCON şirkətlərindən olan “Aztelekom” MMC tərəfindən xidmətkeyfiyyətinin artırılması istiqamətində həyata keçirilən ardıcıltədbirlər 2025-ci il ərzində vətəndaş müraciətlərinin idarəolunmasında mühüm nəticələr verib. Belə ki, qurumun rəsmi internetsaytı və sosial şəbəkə hesabları vasitəsilə daxil olanmüraciətlərin sayı əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədəazalıb.

Müraciət və zənglərin sayında qeydə alınan azalma 2021 – 2024-cüillərdə icra edilmiş “Onlayn Azərbaycan” meqalayihəsi çərçivəsindəinfrastrukturun yenilənməsi, xidmət keyfiyyətinin yüksəldilməsi vəqabaqlayıcı tədbirlərin həyata keçirilməsinin nəticəsi kimiqiymətləndirilir.

Regionlar üzrə onlayn platformalar vasitəsilə 83 mindən çoxsorğu emal olunub ki, bu da ötən illə müqayisədə 30 faiz azalmademəkdir. Bakı şəhəri üzrə isə bu göstərici 43 minədək təşkil edibvə müraciətlərin sayında 39 faiz azalma qeydə alınıb.

Eyni zamanda 24/7 rejimində fəaliyyət göstərən çağrımərkəzlərinə daxil olan zənglərin sayında da müsbət dəyişiklikmüşahidə olunub. Regionlar üzrə 711 mindən çox zəng qəbul edilibki, bu göstərici əvvəlki illə müqayisədə 31 faiz azalıb. Bakışəhəri üzrə isə 578 mindən artıq zəng cavablandırılıb və zənglərinsayında 15 faiz azalma qeydə alınıb.

“Aztelekom” MMC vətəndaşlara daha rahat, əlçatan və dayanıqlıxidmətlərin göstərilməsi məqsədilə bu istiqamətdə fəaliyyətinidavam etdirir.

Məqalədə:
Seçilən
40
6
az.trend.az

9Mənbələr