AZ

Samir Abasov işləmədən “Neftçi”dən maaş alacaq

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Misli Premyer Liqasının 12-ci turunda “İmişli”yə məğlubiyyətdən (2:3) sonra “Neftçi”dən istefaya göndərilən Samir Abasovla klub rəhbərliyi arasındakı narazılıq aradan qaldırılıb.

"Cebheinfo.az" futbolinfo.az-a istinadən xəbər verir ki, tərəflər müqavilənin qarşılıqlı razılıqla xitamı məsələsində anlaşılmazlığa son qoyublar.

Məsələ burasındadır ki, “ağ-qaralar” 47 yaşlı çalışdırıcının maaşını ödəməkdə davam edəcək. Belə ki, Abasov hazırda işsiz olsa da, “Neftçi” ilə pozulan müqaviləsinin sonuna qədər hər ay məvacibini alacaq. Yəni bakılılar mövsümün sonuna qədər həm hazırkı baş məşqçi Yuri Verniduba, həm də sabiq çalıçdırıcı Abasova ödəniş edəcək.

Samir Abasov “Neftçi”yə 2024-cü ilin oktyabrında təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında ötən mövsüm Premyer Liqada 6-cı yeri tutub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
72
9
cebheinfo.az

10Mənbələr