AZ

Qubada tələbələr üçün “MathCamp 2026” qış düşərgəsi KEÇİRİLƏCƏK

Ajans.az xəbər verir ki, düşərgə ali riyaziyyata marağın artırılması, riyaziyyatın süni intellekt, yeni texnologiyalar və kriptoqrafiya sahələrində tətbiqləri barədə tələbələrin məlumatlandırılması, eləcə də qış tətili dövründə riyazi biliklərin möhkəmləndirilməsi məqsədi daşıyır. Təlim və seminar formatında keçiriləcək düşərgədə riyaziyyat, fizika və texniki ixtisaslar üzrə bakalavriat səviyyəsində təhsil alan III, IV və V kurs tələbələri, həmçinin magistratura və doktorantura səviyyəsində təhsil alan tələbələr iştirak edə bilərlər. Düşərgədə iştirak üçün qeydiyyat 23 yanvar tarixinədək davam edəcək. Müraciətlər aşağıdakı link vasitəsilə qəbul olunur:  https://forms.gle/PaUfiLSFVfVrEum28 

Qeyd edək ki, ilkin seçim mərhələsindən keçən namizədlər “Riyazi analiz” və “Cəbr və ədədlər nəzəriyyəsi” fənləri üzrə baza biliklərinin yoxlanılması məqsədilə test mərhələsinə dəvət ediləcəklər.

Seçilən
116
2
Ajans.az

3Mənbələr