AZ

Sumqayıtda yeniyetmə dəm qazından zəhərləndi

Sumqayıt şəhərinin 36-cı məhəlləsində dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü Məşiyeva Yağmur Asif qızı hamam otağında olarkən dəm qazından zəhərlənib. Yeniyetmə dərhal xəstəxanaya çatdırılıb.

Hazırda o, Uşaq Xəstəxanasında həkimlərin nəzarəti altında müalicə olunur. Vəziyyəti ilə bağlı əlavə məlumat veriləcək.

Faktla bağlı araşdırma aparılır.
Turab

Seçilən
30
nocomment.az

1Mənbələr