AZ

Deputat: “Çalışmalıyıq sülh müqaviləsi seçkilərə qədər öz həllini tapsın”

“Çalışmalıyıq ki, sülh müqaviləsi, keçiriləcək seçkilərə qədər həllini tapsın. Bizim tələblər yenə də qüvvədədir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Ermənistanda iyun ayında keçiriləcək parlament seçkiləri haqqında deyib.

 

“Seçkilər prosesi əgər hansısa gözləntilərimiz üzrə olmasa yeni situasiyaya uyğun siyasət formalaşdırmalıyıq. Bütün hallarda indiki Ermənistan hakimiyyətinin məsələlərə yanaşması, sülh prosesi üçün müəyyən dərəcədə ümid yaradır. Olmayandan sonra da başqa düşüncələrimizi və ya strategiyamızı formalaşdırmağa çalışacağıq. Ermənistan xalqı adından hansısa qərar verə bilmərik. Bəlkə də indiki hakimiyyət öz mövqeyini qoruyub saxlayacaq. Bu səbəbdən indidən nəisə demək çətindir Amma bütün hallarda biz sürətlə sülh prosesinə yaxınlaşmalıyıq və müəyyən addımların atılmasına çalışmalıyıq”,- F.Mustafa bildirib.

 

Şəhanə Quliyeva

Tarix: 15 Yanvar 2026, 10:27   
Seçilən
40
pravda.az

1Mənbələr