AZ

“Real” Arbeloanı da qovur?

“Real”ın rəhbərliyi Alvaro Arbeloanın yaxın zamanda mümkün istefası ilə bağlı tərəddüd içindədir.

Publika.az xəbər verir ki, ağrılı kubok məğlubiyyətinə baxmayaraq, klub daxilində Arbeloanın yekun qərar verilməzdən əvvəl daha bir matça layiq olduğu düşünülür. Bu barədə "The Touchline" məlumat yayıb.

Arbeloanın rəhbərliyi altında debüt oyununda Madrid klubu İspaniya Kubokunun 1/8 finalında sensasiyalı şəkildə “Albasete”yə 2:3 hesabı ilə uduzub.

Qeyd edək ki, mütəxəssis bu postda həmyerlisi Xabi Alonsonu əvəzləyib. “Real” növbəti oyununu İspaniya çempionatında “Levante”yə qarşı keçirəcək. Qarşılaşma yanvarın 17-də baş tutacaq.

Seçilən
95
publika.az

1Mənbələr