AZ

“Traktor”un sabiq futbolçusu güllələnərək öldürüldü

İranda idman ictimaiyyətinin üç üzvü Tehranda baş verən etiraz aksiyaları zamanı güllə yarası alaraq həyatını itirib.

Msport.az xəbər verir ki, hadisə nəticəsində sabiq futbolçu Müctəba Torşiz, gənc basketbolçu Əhməd Xosrəvani və futbol məşqçisi Mehdi Ləvasani dünyasını dəyişib.

2 yaşlı uşağın atası olan Mehdi Ləvasani kürəyindən vurulub və hadisə yerində ölüb. Əhməd Xosrəvaninin 21 yaşı olub, o, Şərif Texnologiya Universitetində təhsil alıb və “Farzan Şemiran” klubunun 3×3 basketbol komandasında çıxış edib.

Müctəba Torşiz isə karyerası ərzində “Nassaji Mazandaran”, “Traktor”, “Fəcr Sepasi” və “Mes Kerman” da daxil olmaqla bir sıra İran futbol klublarında forma geyinib.

Seçilən
21
msport.az

1Mənbələr