Beyləqan rayon ərazisində təmizlik və abadlıq işlərinin davamlı şəkildə həyata keçirilməsi bu sahədə çalışan əməkdaşların gündəlik və fədakar əməyinin nəticəsidir.
Kommunal xidmət sahəsində çalışan işçilər hava şəraitindən asılı olmayaraq öz vəzifə borclarını məsuliyyətlə yerinə yetirir, rayon infrastrukturunun qorunmasına, sanitariya-gigiyenik vəziyyətin yaxşılaşdırılmasına və ümumi abadlıq səviyyəsinin yüksəldilməsinə mühüm töhfə verirlər. Nəticədə yüksək əzmlə görülən işlərin nəticəsi olaraq ictimaiyyət üçün daha səmərəli və rahat mühit formalaşır.



