AZ

İngiltərə Liqa Kuboku: “Arsenal” və “Mançester Siti” finala daha yaxındır

Bakı, 15 yanvar, AZƏRTAC

İngiltərə Liqa Kubokunun yarımfinalın ikinci oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Arsenal” səfərdə “Çelsi” ilə qarşılaşıb. Gərgin və maraqlı keçən görüş “topçular”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab oyunu fevralın 2-də təşkil olunacaq.

Yarımfinalın digər görüşündə “Mançester Siti” “Nyukasl”a 2:0 hesabı ilə qalib gəlib.

Final martın 22-də keçiriləcək.

Seçilən
22
3
azertag.az

4Mənbələr