15 yanvar 2026-cı il tarixində Masallı rayonunda rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov tərəfindən vətəndaş qəbulu keçirilmişdir.
Vətəndaş qəbulu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Qəbul zamanı rayon sakinləri tərəfindən müxtəlif sosial və məişət xarakterli müraciətlər dinlənilmişdir.
Belə ki, Şərəfə kənd sakini, Vətən müharibəsi iştirakçısının anası ailələrinə rayon rəhbərliyi tərəfindən müvafiq dəstəyin göstərilməsi ilə bağlı müraciət etmişdir.
Qarğalıq kənd sakini sosial yardım ala bilməməsi ilə əlaqədar müraciət ünvanlamışdır.
Öncəqala kənd sakini, üç uşaq atası qarşı tərəfdən aliment ala bilməməsi məsələsini qaldırmışdır.
Xırmandalı kənd sakini isə işsiz olduğunu bildirərək, işlə təmin olunması ilə bağlı köməklik göstərilməsini xahiş etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşların müraciətləri diqqətlə dinlənilmiş, qaldırılan məsələlərin mövcud qanunvericiliyə uyğun şəkildə araşdırılması və həlli məqsədilə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.