AZ

İran-İsrail: pərdəarxası danışıqlar

AzVision.az bildirir ki, mənbələrə istinad edən “The Washington Post (WP)” nəşrinin məlumatına görə, İsrail İrana birinci hücum etməyəcəyi vədini verib.

İran da Rusiya rabitə kanalı vasitəsilə önləyici zərbədən çəkinəcəyini bildirib.

“İran rəsmiləri İsrailin hərəkətlərini alqışlasalar da, ABŞ-yə münasibətdə ehtiyatlı davranıblar. Onların fikrincə, Təl-Əviv səmimi olsa belə, İsrail qüvvələri Livan “Hizbullahı”na hücum edərkən amerikalılar İsraillə koordinasiyada İranı vura bilərlər”, - qəzet yazır.

Netanyahunun Putindən qeyri-adi xahişi
Xatırladaq ki, yanvarın əvvəlində İsrailin “Kan” telekanalı diplomatik mənbələrə istinadən xəbər İsrailin baş naziri Binyamin Netanyahunun bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putinə zəng etdiyini bildirmişdi. Telekanalın məlumatına görə, Netanyahu telefon danışığında Putinin Tehrana İsrailin İrana hücum etmək niyyətində olmadığı mesajını çatdırmağı xahiş edib.

Bununla belə, “Reuters” agentliyi bildirib ki,Binyamin Netanyahu ABŞ-nin Dövlət katibi Marko Rubio ilə telefon danışığı zamanı Vaşinqtonun İrana mümkün müdaxiləsini müzakirə edib.

Amerika lideri Donald Tramp isə, etirazların güc yolu ilə yatırılacağı təqdirdə ABŞ-nin tədbir görə və hava zərbələri endirə biləcəyini istisna etməyib. Yanvarın 14-də Avropa rəsmisi Amerikanın 24 saat ərzində İrana hücum edə bilməsi ehtimalını vurğulayıb.

Eyni zamanda, yanvarın 14-də axşam saatlarında Donald Tramp İranda nümayişçilərin ölümünün dayandığı və “edam” planlarının olmadığı barədə “etibarlı mənbələrdən” məlumat aldığını açıqlayıb.

İranda ölkənin iqtisadi vəziyyətindən narazılıqdan qaynaqlanan etirazlar dekabrın sonundan bəri davam edir. İran hakimiyyəti internet və mobil telefona çıxışı məhdudlaşdırıb.

İnsan Haqları Fəalları Xəbər Agentliyinin (HRANA) məlumatına görə, yanvarın 12-dək nümayişlərin yatırılması zamanı 133 təhlükəsizlik əməkdaşı da daxil olmaqla 646 nəfər öldürülüb, 10 mindən çox etirazçı isə həbs edilib.

Sahil İsgəndərov
AzVision.az

Seçilən
70
20
azvision.az

10Mənbələr