AZ

“Qarabağ”ın almaq istədiyi mücəvhəri tanıyın! – torba-torba qollar və qüsursuz intizam...

Görünür, “Qarabağ” qış “transfer pəncərəsi”ndəlegioner hücumçu problemini aradan qaldırmaqda israrlıdı. Ona görə ki, “köhlən atlar” ötən ilin yayında heyətinə qatmaq istəsə də, keçidi baş tutmayan Andre Klovislə danışıqları bərpa edib.

“Football-plus.az”ın məlumatına görə, braziliyalı futbolçunun 28 yaşı var. O, hazırda Portuqaliyanın 2-ci liqasında çıxış edən “Akademik Vizeu”nun formasını geyir. 2023-cü ilin yayından bu komandanın şərəfini qoruyan futbolçunun müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdi.

“Transfermarkt”a görə, Klovisin bazar dəyəri 2 milyon avrodu. İş ondadı ki, klubu onu 3 milyon avrodan aşağı qiymətə satmaq istəmir. Hazırda transferin reallaşması yolunda yeganə əngəl məhz maliyyə məsələsidi.

Bəs, Klovisə görə bu qədər inad etməyə dəyərmi? Heç şübhəsiz, bəli! O, cari mövsümdə meydana çıxdığı 17 çempionat matçında 12 qol, 2 məhsuldar ötürmə müəllifi olub. İntizamlı futbolçudu: cəmi 2 sarı vərəqə görüb. Andre 2024/25 mövsümünü də qənaətbəxş keçirib: 33 matç, 7 qol, 5 məhsuldar ötürmə. 186 sm boya malik mərkəz hücumçusu Braziliya “İnternasyonal”ın yetirməsidi. Karyerası ərzində həm də Portimonense”, “Leyşoyns” və “Eştoril”in formasını geyib.

Öz aramızdı, Klovisi transfer etməyin tam zamanıdı. Hər halda, 2026-cı ilin ilk aylarında üç yarışda qüvvəsini sınayacaq “Qarabağ”a çoxlu qol lazım olacaq.

KƏNAN BAHADIR

Seçilən
135
1
football-plus.az

2Mənbələr