AZ

Morqda oyanan 20 yaşlı qız 3 milyon dollar təzminat aldı

Bakı.Trend:

Amerika Birləşmiş Ştatlarının Miçiqan ştatında yerləşən Sautfildşəhərinin administrasiyası həkim səhvi nəticəsində morqda oyanan 20yaşlı qızın ailəsinə 3,25 milyon dollar təzminat ödəməyərazılaşıb.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, insident 2020-ci ildə baş verib. Serebraliflicdən əziyyət çəkən 20 yaşlı Timeşi Boşamın ailə üzvləri qızınboğulmağa başladığını görüb təcili tibbi yardım çağırıblar. Çağırışünvanına gələn mediklər onu həyata qaytarmağa cəhd ediblər, lakinsonradan ölüm faktını qeydə alıblar.

Bir müddətdən sonra həmin qız yerli xəstəxananın meyitxanasındatorbanın içində ayılıb. Meyitxana əməkdaşları onun sağ olduğunu vəağır nəfəs aldığını görərək dərhal xəstəxanaya çatdırıblar. Lakin osağalmayaraq iki aydan sonra vəfat edib.

Tibbi ekspertlər müəyyən ediblər ki, Timeşi meyitxanayagöndərilmək əvəzinə dərhal xəstəxanaya aparılsaydı onun həyatınıxilas etmək mümkün olardı. Onun ailə üzvləri yerli icra orqanlarıilə bir neçə il məhkəmədə çəkişib və nəhayət yuxarıda qeyd olunanməbləğdə təzminatın verilməsi ilə bağlı razılığa gəliblər.

Məqalədə:
Seçilən
137
4
az.trend.az

5Mənbələr