AZ

2010-cu ildə sifariş edilən telefonlar 16 il sonra GƏLDİ – Liviyada QƏRİBƏ GECİKMƏ – FOTO

2010-cu ildə sifariş edilən mobil telefonlar 16 ildən sonra Liviyaya çatıb.

İnterpress.az xəbər verir ki, bu barədə Liviya mətbuatı məlumat yayıb.

Liviyada qeyri-adi hadisə yaşanıb. 2010-cu ildə sifariş edilmiş mobil telefonlar 16 il sonra sahibinə çatdırılıb.

Liviyalı alıcı təxminən 20 ilə yaxın gözlədikdən sonra nəhayət ki, düyməli “Nokia” telefonlarına qovuşub.

Məlumata görə, bu gecikmiş bağlamada klassik düyməli “Nokia” modelləri – musiqili telefonlar və vaxtilə premium texnika hesab olunan “Communicator” seriyasının erkən cihazları yer alıb.

Yük 2011-ci ildə başlayan vətəndaş müharibəsi, ölkənin logistika və gömrük infrastrukturunun iflasa uğraması səbəbindən yolda qalıb.

Maraqlısı odur ki, göndərən və qəbul edən şəxslər Tripolidə bir-birindən cəmi bir neçə kilometr məsafədə olsalar da, bağlama münaqişə və ölkədəki qeyri-sabitlik səbəbindən on ildən çox müddət ərzində anbarda unudulub qalıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
82
interpress.az

1Mənbələr