AZ

IMF: Süni intellekt və rəqəmsal texnologiyalar hazırda iş mühitini sürətlə dəyişdirib

Bakı, 15 yanvar, AZƏRTAC

Süni intellektin iqtisadiyyata verəcəyi töhfə işçilərin və şirkətlərin bu transformasiyaya nə dərəcədə hazır olmasından asılı olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) icraçı direktoru Kristalina Georgievanın bloq yazısında qeyd edilib.

Bildirilib ki, süni intellekt və rəqəmsal texnologiyalar hazırda iş mühitini sürətlə dəyişdirib. Böyük texnologiya şirkətlərindəki son işdən çıxarılmalar, hətta innovasiyalar baxımından ön sıralarda gedənlərin da bu dəyişikliyə məruz qaldığını göstərir. Süni intellekt və avtomatlaşdırma bəzi peşələrin sonu olsa da, yeni bacarıqların, tapşırıqların və tamamilə yeni peşələrin yaranmasına səbəb olub. Bu da öz növbəsində artan rifah üçün fərqli imkanlar təqdim edir.

Vurğulanır ki, iqtisadi qazanc isə bacarıqlara və uyğunlaşmaya qoyulan investisiyalarla müəyyən ediləcək. Süni intellekt dövründə iş tapmaq və iş yerlərini qoruyub saxlamaq getdikcə yeni bacarıqlar əldə etməkdən asılıdır. Hazırda bacarıqlara ehtiyac, xüsusən də peşəkar və texniki sahələrdə sürətlə artıb. İşçilərin iş tapmaq və ya mövcud işlərini qoruyub saxlamaq qabiliyyəti getdikcə bacarıqlarını yeniləməkdən və ya yenilərini əldə etməkdən asılıdır. İnkişaf etmiş iqtisadiyyatlarda hər 10 iş elanından biri, inkişaf etməkdə olan iqtisadiyyatlarda isə hər 20 iş elanından biri hazırda ən azı bir yeni bacarıq tələb edir. Yeni bacarıqlara ən çox ehtiyac duyulan sahələr isə peşəkar, texniki və inzibati sahələrdədir. Bu tələbatın yarısından çoxu məhz IT sektorunun payına düşür. Həmçinin sektora tam səriştələrə tələbat çoxalıb, səhiyyə sahəsində məsafədən qulluq və rəqəmsal səhiyyə tətbiqlərinin, marketinq sahəsində isə sosial medianın önəmi getdikcə atırıb.

 

Seçilən
35
1
azertag.az

2Mənbələr