AZ

Mükafatlandırma gecəsində dəb yarışı Fotolar

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Ötən gün Türkiyədə “ELLE Style Awards” mükafatlandırma mərasimi 11-ci dəfə baş tutub.

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan gecədə 25 fərqli kateqoriyada mükafatlar paylanılıb.

Tədbirdə aparıcılığı model Burcu Esmersoy və aktyor Serkan Altınorak edib.

Bəs “ELLE Style Awards”da kim hansı mükafatı qazandı? Gəlin birlikdə nəzər salaq.

“İlin davamlı uğuru” mükafatı müğənni Kenan Doğuluya verilib.

“İlin brend səfiri” mükafatı aktrisa Dilan Çiçek Denizə təqdim olunub.

Bu il “İlin televiziya performansı” (Kişi) mükafatını “Kral kaybederse” serialında Kenan Baran obrazını canlandıran aktyor Halit Ergenç qazanıb. 

“İlin televiziya performansı” (Qadın) mükafatı “Uzak şehir” filmindəki qeyri-adi performansı ilə hər kəsin diqqətini cəlb edən Sinem Ünsala verilib.

“İlin rəqəmsal performansı” mükafatı “Prens” serialının ulduzu Giray Altınoka təqdim olunub.

“İlin dəb bloqeri” mükafatı Mina Cerana verilib.

“İlin dəbli musiqiçisi” mükafatı Zeynep Bastıka verilib.

Hande Erçel isə “İlin dəbli qadın aktrisası” mükafatını alıb.

“İlin dəb əməkdaşlığı” mükafatını müğənni Edis qazanıb.

Bu il həm rəqəmsal, həm də televiziyada layihələri olan Barış Arduç “İlin dəbli kişi aktyoru” mükafatını alıb.

“İlin stil kəşfi” mükafatı aktrisa Serra Arıtürkə verilib.

“İlin ELLE qızı” mükafatını isə aktrisa Serenay Sarıkaya alıb.

Müğənni Ajda Pekkanın bacısı, aktrisa-müğənni Semiramis Pekkan “İlin stil ikonası” mükafatını alıb. Lakin o, tədbirə qatıla bilməyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
qafqazinfo.az

1Mənbələr