Bakı, 15 yanvar, AZƏRTAC
Mərakeşin ev sahibliyi etdiyi Afrika Millətlər Kubokunda finalçılar bəlli olub.
AZƏRTAC xəbər verir ki, həlledici görüşdə ev sahibi komanda ilə Seneqal mübarizə aparacaq. Final görüşü yanvarın 18-də təşkil olunacaq.
Hər iki yığma bir dəfə Afrika Millətlər Kubokunun qalibi olub.