AZ

Yüksək səviyyəli işçi qrup:Kompromis tapmaq üçün ilk iclas bir-neçə həftəyə planlaşdırılır

ABŞ, Danimarka və Qrenlandiya arasında yaranmış fikir ayrılıqlarını həll etmək məqsədilə işçi qrup yaradılacaq.

Redaktor.az bu barədə "Financial Times"ə istinadla məlumat verir.

Danimarkanın xarici işlər naziri Lars Lekke Rasmussen bildirib ki, Danimarka və Qrenlandiyanın keçə bilməyəcəyi “qırmızı xətləri” var, lakin onlar Vaşinqtona adada daha çox baza açmaq imkanını təklif etməyə hazır idilər.

Nazir əlavə edib ki, yüksək səviyyəli işçi qrup ilk iclasını bir-neçə həftə ərzində keçirəcək və iki tərəf arasında kompromis tapmağa çalışacaq.

“Razılığa gələ bilməsək də, yüksək səviyyədə müzakirələrə başlamaq məhsuldar addımdır və bundan məmnunam”, – deyə diplomat vurğulayıb.

Aytəkin TOFİQQIZI

Seçilən
126
redaktor.az

1Mənbələr