AZ

Tibbdə gözlənilməz DÖNÜŞ: Qışda İsti duş qəbul etməyin və günəş kremi vurun

Həkimlər qışda isti duş qəbul etməməyi məsləhət görürlər.

İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

Tibbi ekspertlər qış mövsümü üçün gözlənilməz tövsiyə ilə çıxış ediblər. Həkimlər soyuq aylarda isti duş qəbul etməməyi məsləhət görürlər.

Terapevt Donald Qrant xəbərdarlıq edib ki, qışda qaynar duş və ya vanna qəbul etmək dəriyə ciddi ziyan vura bilər.

O izah edib ki, soyuq fəsildə çöldəki şaxta və qızdırılan otaqlardakı quru hava səbəbindən dəri onsuz da quruluqdan əziyyət çəkir. İsti su isə dərinin nəmini saxlayan qoruyucu yağları yuyub apardığı üçün vəziyyəti daha da pisləşdirir.

Həkim mümkün qədər ilıq və ya otaq temperaturuna yaxın sudan istifadə etməyi məsləhət görüb. Bu tövsiyə təkcə duş qəbuluna deyil, həm üz yumağa, həm də əllərin yuyulmasına şamil edilir.

Dərini yaxşı vəziyyətdə saxlamaq üçün mütəxəssis kifayət qədər su içməyi və tərkibində aqressiv kimyəvi komponentlər olmayan yumşaq nəmləndirici kremlər seçməyi tövsiyə edib.

Bundan əlavə, həkim qışın buludlu günlərində belə günəşdən qoruyucu vasitələrdən (SPF) istifadə etməyi unutmamağın vacib olduğunu vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
87
interpress.az

1Mənbələr