AZ

Alimlər: Əriyən buzlaqlar heç kimin ağlına belə gəlməyən gizli bir təhlükəni ortaya çıxarır

Minilliklər boyu davam edən buz massivləri keçmiş dövrlərə aid genetik materialın əsl anbarıdır.

QHT.az xəbər verir ki, əridilən buzlaqlar həm yerli ekosistemlərə, həm də epidemioloji vəziyyətə təsir göstərə bilər. Alimlər bildirirlər ki, buzlaqlar minilliklər boyu bioloji materialları saxlayan təbii dondurucular kimi fəaliyyət göstərir və burada antibiotik müqavimət genləri də mövcuddur.

Tədqiqat müəllifi Guannan Mao izah edir ki, qlobal istiləşmə əriməni sürətləndirərək bu genləri aktiv mənbələrə çevirir. Ərimiş sular çaylara və göllərə daşınaraq milyonlarla insan üçün vacib su mənbələrinə daxil olur və müasir bakteriyalarla qarşılıqlı təsir göstərə bilər.

Alimlər qeyd edirlər ki, genlər mikrob dünyasında orqanizmlər arasında ötürülə bilər, bu da antibiotik müqavimətinin sürətlə yayılmasına səbəb olur. Buzlaqlar “super mikroblar” yaratmasa da, sərbəst buraxılan genlər xəstəlik törədə biləcək bakteriyalarla qarşılaşdıqda təhlükəli kombinasiyaların yaranma ehtimalını artırır.

 

R.İmanov

Seçilən
21
qht.az

1Mənbələr