ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
Tanınmış hüquqşünas Əkrəm Həsənov Azərbaycanın Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimovu ad günü münasibətilə təbrik edib.Demokrat.az xəbər verir ki, Əkrəm Həsənov hüquqşünas həmkarı haqqında aşağıdakı fikirləri yazıb:“Dünən professor İlham Rəhimovun 75 yaşı tamam olub. Xəbəri mətbuatdan bildim. Onu təxmini 30 ildir tanısam da, doğum gününü heç vaxt bilməmiş və təbrik də etməmişəm. Çoxları onu Putinin tələbə yoldaşı kimi tanıyır və bu fakt ətrafında bəziləri paxıllıqdan spekulyasiyalar da edirlər. Mən onu tanıyanda Putin hələ Sankt-Peterburqda çalışırdı. İlham müəllim isə artıq o zaman tanınmış hüquqşünas alim idi. Onunla nə zaman görüşmüşüksə yalnız və sırf elmi (hüquq, din, fəlsəfə) müzakirələr aparmışıq (yəni nə siyasətdən, nə də başqa şeydən danışmamışıq). Mən onu Azərbaycanda yeganə və ya ən azı birinci hüquqşünas alim hesab edirəm (elmi potensialı olan bir neçə nəfər də var ölkədə, amma başları məmurluğa qarışıb). Kitablarını həmişə böyük məmnuniyyətlə oxumuşam. Çox dərin biliklərə, fəhmə və istedada, ən əsası – elmə hərisliyə və cəsarətə malikdir. “Azərbaycanın hüquq sistemi” kitabımı yazanda da o, mənim ilk oxucum olmuş və onun dəyərli məsləhətlərindən bəhrələnmişəm. Dünya liderləri və tanınmışların dostu olan digər azərbaycanlılarımız da var. Amma sonuncular arasında alim yoxdur. Buna görə də faydaları keçəridir. Daimi qalan isə yalnız elmdir. Buna görə də arzu edirəm ki, İlham müəllim bundan sonra da bizi elmi əsərləri ilə sevindirsin. Bərbad hüquq sistemimizdə bizi sevindirən şeylər o qədər azdır ki...”.Kənan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.