Gununsesi saytına istinadən ain.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Beyləqanda 15 yaşlı yeniyetməyə qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli qismində saxlanılan şəxslər barəsində qərar verilib.
Qərara əsasən, təqdimat təmin edilib, Hikmət Əkbərli, İkram Süleymanlı, Həzi Sadıqov, Xəyal Qəhrəmanov, Elgün Aslanlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bəs maraqlıdır, onları əməlləri sübuta yetirildiyi halda hansı cəza gözləyir?
Bu barədə Gununsesi.info-ya hüquqşünas Şamil Paşayev danışıb.
O bildirib ki, ibtidai istintaq başa çatandan sonra yetkinlik yaşına çatmayan şəxsə qarşı zor tədbiq etmə və ya zor tədbiq etmə hədəsi, o cümlədən köməksiz vəziyyətdən istifadə etməklə onunla cinsi əlaqədə olma faktı varsa, bu halda 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə cəzası tədbiq edilir. Yox, zor tədbiqi yoxdursa, 14 yaşına çatmış, lakin 16 yaşına çatmamış şəxslə cinsi əlaqə zamanı 1 ildən 3 ilədək azadlıqdan məhrum etmə cəzası tədbiq olunur.
Orxan
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.