AZ

Ağdamda yaşayış məhəlləsinin infrastruktur işlərinə 9,3 milyon manat xərclənəcək

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi (PHŞ) Ağdamda F-2 yaşayış məhəlləsinin infrastruktur və abadlaşdırma işlərinin satın alınması ilə bağlı müqavilə bağlayıb.

Oxu.Az xəbər verir ki, xidmətlərin icrası "Körpü-Bina-Tikinti" MMC-yə tapşırılıb.

Satınalmanın ümumi dəyəri 9 milyon 321 min 499 manatdır.

Layihəyə əsasən, Ağdam rayonu, Ağdam şəhəri, F-2 yaşayış məhəlləsi üzrə enerji təsərrüfatı obyektlərinin, sahədaxili mühəndis-kommunikasiya sistemlərinin (su təchizatı, kanalizasiya, elektrik təchizatı, xarici işıqlandırma), yol və səkilərin, yaşıllıq salınması və abadlaşdırma işlərinin icrası nəzərdə tutulub.

Məlik Məlikov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
90
1
oxu.az

2Mənbələr