AZ

Mask intim foto qalmaqalından sonra Grok da şəkil redaktəsini məhdudlaşdırdı

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

ABŞ-li sahibkar İlon Maskın "xAI" şirkəti intim "deepfake" şəkillərin yaradılması ilə bağlı qalmaqaldan sonra "Grok" çatbotundan istifadə qaydalarını sərtləşdirib.

Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, şirkət istifadəçilərin açıq geyimdə real insanların şəkillərini redaktə etməsinin qarşısını almaq üçün məhdudiyyətlər tətbiq edib.

"X" sosial şəbəkəsinin dərc etdiyi rəsmi açıqlamaya görə, tədbirlər pullu abunəçilər də daxil olmaqla bütün istifadəçilərə şamil edilir. Bundan əlavə, "Grok" çatbotundan istifadə edərək şəkil yaratmaq və redaktə etmək funksiyaları artıq yalnız ödənişli olacaq.

"xAI" şirkəti hesab edir ki, bu, sui-istifadəyə qarşı əlavə maneə yaradacaq və qanunu pozanların məsuliyyətə cəlb olunmasına kömək edəcək.

Şirkət həmçinin rəsmi qadağalar tətbiq olunmuş ölkələrdə bu cür məzmunun yaradılmasını tamamilə bloklayacağına söz verib.

Qeyd edilir ki, razılıq olmadan açıq-saçıq fotoşəkillərin və istənməyən cinsi məzmunun dərcinə qarşı "sıfır tolerantlıq siyasəti" mövcud olacaq. "xAI" bu cür materialları platformalarından dərhal siləcəyinə də təminat verib.

Xatırladaq ki, Britaniya media tənzimləyicisi "Ofcom"un "Grok" tərəfindən yaradılan görüntülərə görə "X"ə qarşı araşdırma başlandığını bəyan edib. Qalmaqala Böyük Britaniyanın Baş naziri Kir Starmer də sərt reaksiya vermişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
oxu.az

1Mənbələr