Rusiya Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi bildirib ki, aprelin 1-dən etibarən Rusiya vətəndaşları beş illik pasportlarla Polşaya daxil ola bilməyəcəklər.
Missiya.Az xəbər verir ki, ölkədə belə pasportla qalmaq qanunsuz hesab olunacaq.
Konsulluq İdarəsi vətəndaşlara əvvəlcədən yeni, on illik biometrik pasportlar almağı tövsiyə edib.
Xatırladaq ki, 12 oktyabr 2025-ci ildən Şengen zonası ölkələri xarici vətəndaşlar üçün yeni sərhəd nəzarəti sistemini tətbiq edib. Sistem üz fotoşəkilləri və barmaq izləri də daxil olmaqla biometrik məlumatların təqdim olunmasını məcburi edir.
Seyranə QuliyevaMissiya.Az