AZ

Dünya hara gedir, belə yaşayış olmaz

ain.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

Müğənni Xatirə İslam süni intellektlə hazırlanan mahnıları tənqid edib.

Axşam.az xəbər verir ki, videoaçıqlama yayan Xatirə ona bu cür mahnı göndərənlərə səslənib. O bildirib ki, heç vaxt belə qeyri-peşəkarlığı qəbul etməyəcək:

"Əvvəl bəstəkar müğənniyə mahnı göndərirdi ki, filan şairin şeirinə mahnı yazmışam. İndi süni intellekt deyilən bir şey var. Müəyyən mahnılar var ki, süni intellektlə hazırlanıb. Bu da düşür dillərə, insanların ürəyini fəth edir. Hansısa mahnı çıxır və bunu həmin an başa düşürəm ki nədir.

Hansı üzlə bunu köməkçilərimə göndərirsiniz ki, belə mahnı var və satırıq? "Olmazlar" dediyimiz işlər olur. Dünya hara gedir, nə yeyib, nə içirsiniz? İnsanlara nələrsə olub. "Heç vaxt heç nəyi etmək olmaz" kimi şeyləri edirik. "Danışmaq olmaz" dediyimiz söhbətləri danışırq. Aydın məsələdir ki, qurma mahnıdır, eşidilib. Bunun qarşısını alaq. Bizə nəsə olub. Bu formada yaşayış olmaz. Hərəkətlərinizə fikir verin. Belə yaşamaq olar?".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
71
axsam.az

1Mənbələr