AZ

Pike "Real"ın kubokda mübarizəni dayandırmasına istehza etdi

"Barselona"nın keçmiş müdafiəçisi Jerar Pike "Real Madrid"in "Kral Kuboku"nun 1/8 final mərhələsində "Albasete"yə məğlubiyyətinə istehza ilə yanaşıb. 

Fanat.Az xəbər verir ki, İspaniyanın Albasete şəhərindəki "Karlos Belmonte" stadionunda baş tutan görüşdə ev sahibi komanda 3:2 hesabı ilə qalib gəlib.

Pike sosial media hesabında "X" belə paylaşım edib: "Yenilənmiş "Real Madrid" üçün yaxşı debüt... 3:2".

"Albasete"yə məğlub olduqdan sonra "Real Madrid" "Kral Kuboku"nda mübarizəni dayandırıb. Bu oyun həmyerlisi Xabi Alonsonu əvəz edən yeni baş məşqçi Alvaro Arbeloanın debütü olub. 

Seçilən
113
2
fanat.az

3Mənbələr