Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun tənbeh edildiyi bildirilir. Vətəninfo.az-a daxil olan məlumata görə, bu qərar kadr siyasəti ilə bağlı yol verilən nöqsanlarla əlaqədardır.
Mənbənin iddiasına görə, Nəsimi Rayon İcra Hakimiyyətinin sabiq başçısı Elxan İbrahimovun yuxarı instansiyalara təqdimatını məhz Tahir Məmmədov verib. Bildirilir ki, Tahir Məmmədov özünə yaxın şəxs kimi tanınan Elxan İbrahimovun əvvəlcə Kürdəmirə, daha sonra isə Nəsimi rayonuna icra başçısı təyin olunmasına nail olub.
Məlumata əsasən, baş verən proseslər və sonradan ortaya çıxan hallar Tahir Məmmədovun kadrların seçilməsi və təqdim olunması zamanı yanlışlıqlara yol verdiyi qənaətini yaradıb. Nəticədə onun bu səbəbdən tənbeh edildiyi qeyd olunur.
Əldə edilən digər məlumata görə, Nəsimi rayonunun sabiq icra başçısı hazırda ailə biznesi ilə məşğul olur, Elxan İbrahimov isə Moskvada yerləşən biznes şəbəkələrinin idarə olunması ilə məşğuldur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.