AZ

Konstitusiya Məhkəməsinin sabiq hakimi vəfat etdi

BAKI, 15 yanvar. TELEQRAF

Bu gün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sabiq hakimi, əməkdar hüquqşünas Rafael Sergeyeviç Qvaladze uzunsürən xəstəlikdən sonra vəfat edib.

Teleqraf xəbər verir ki, Rafael Qvaladze uzun illər Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu, məhkəmə hakimiyyətinin formalaşdırılması və ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində məsul vəzifələrdə çalışıb.

O, ömrünün 50 ildən çoxunu ölkəmizdə məhkəmə sisteminin inkişafına həsr edib. Peşəkar fəaliyyəti dövründə Rafael Qvaladze Azərbaycan Respublikasının "Əməkdar hüquqşünası" fəxri adına layiq görülüb, "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" və 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Səmimiliyi, təvazökarlığı və yüksək insani keyfiyyətləri ilə seçilən, ədalətli hakim kimi tanınan Rafael Qvaladzenin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Seçilən
68
1
teleqraf.com

9Mənbələr