AZ

35 ildir belə şey görməmişdik: yeni öyrənirik Paşinyan

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“Tramp Yolu” layihəsi ilə bağlı birgə bəyanatın əhəmiyyəti qiymətləndirilməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, bəyanatın mənası və əhəmiyyəti ondan ibarətdir ki, sülh konkret və praktik addımlar vasitəsilə bərqərar olur.

“Bu, artıq praktiki reallıqdır. Biz bərqərar olmuş sülhə qayğı ilə yanaşmalıyıq”, – Paşinyan vurğulayıb.

O qeyd edib ki, Ermənistan xalqı 35 il ərzində sülh içində yaşamağın nə olduğunu bilməyib:

“Biz addım-addım yeni şeylər öyrənirik. Sülh çox kiçik və yavaş addımlarla şüuraltımıza daxil olur. Bu, normaldır, çünki 35 ildir, fərqli məntiqdəyik və indi məntiq dəyişir. Görüləsi çoxlu sayda praktik iş var və mümkün qədər tez tədbirlər görülməlidir”.

Safura Bənnayeva

Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
1
globalinfo.az

2Mənbələr